Aprelin 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Rusiya nümayəndə heyətinin başçısı Mixail Petrakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr çərçivəsindəbaş tutub.
“Görüş zamanı Xəzər məsələləri üzrə əməkdaşlıq, eləcə də delimitasiya və kommunikasiyaların açılması da daxil olmaqla, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Həmçinin ikitərəfli gündəliyin geniş spektrini əhatə edən məsələlər üzrə də fikir mübadiləsi aparılıb.
Görüşdən əvvəl M.Petrakovun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli məsləhətləşmələr keçirilib.
“Məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət