2022-ci ilin birinci rübündə SOCAR Carbamide Plant zavodu 151,1 min ton karbamid istehsal edib, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 9,2 dəfə çoxdur.
SOCAR-ın “Teleqramm” kanalında rəsmi səhifəsində dərc olunan məlumata görə, birinci rüb ərzində zavod dünya bazarlarına $56,7 milyon (artım 33,4 dəfə) dəyərində 83,6 min ton karbamçid ixrac edib (artım 8 dəfə).
Ümumilikdə, 2022-ci ilin yanvar-mart aylarında müəssisə tərəfindən hazır məhsul satışı 137 min ton, həmçinin daxili bazarda – 53,4 min ton təşkil edib.
“2022-ci ilin birinci rübündə SOCAR Carbamide Plant zavodunun fəaliyyəti $36,3 milyon dəyərində karbamid idxalının əvəzlənməsini təmin edib. Bu məhsulun ixrac göstəricilərini nəzərə alaraq, hesabat dövründə karbamid zavodunun fəaliyyətindən ümumi iqtisadi effekt $93 milyon həcmində qiymətləndirilir”, - şirkət qeyd edir.
SOCAR-ın məlumatına görə, Azərbaycan karbamidinin əsas idaxlçılarının TOP-5-nə Braziliya, Türkiyə, Moldova, Bolqarıstan və Hindistan daxildir.
Xəbər verildiyi kimi, SOCAR Carbamide Plant ölkənin azot gübrəsi idxalından asılılığının aradan qaldırılmasında və yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Hazırda zavodun məhsulları Braziliya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və digər ölkələrə ixrac edilir.
SOCAR Carbamide Plant 2019-cu il yanvarın 16-da istismara verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 milyon gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın karbamidə daxili tələbatı illik 100-150 min ton təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, illik 500 min tonadək hazır məhsul ixraca göndəriləcək. Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət