Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində bərk məişət tullantılarının toplanması infrastrukturunun modernləşdirilməsi üçün Azərbaycana 10 milyon avro kredit ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Müvafiq kredit sazişi bu gün AYİB-in I vitse-prezidenti Yurgen Rigterink, maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında imzalanıb.
Bank layihə çərçivəsində Gəncə şəhərində bərk məişət tullantılarının toplanması infrastrukturunun (tullantıları toplayan və küçələri təmizləyən nəqliyyat vasitələri və konteynerləri) yenilənməsini, eləcə də iş göstəriciləri və maliyyə effektivliyinin yüksəldilməsini dəstəkləyəcək.
AYİB-in qiymətləndirmələrinə görə, ümumi dəyəri 10 milyon avro olan layihə şəhər ərazisinin tullantıların toplanması xidmətləri ilə tam əhatə olunmasını təmin edərək əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına imkan verəcək.
“Yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha ekoloji nəqliyyat vasitələrinin tətbiqi şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək. Bugünkü razılaşma müasir regional sanitar poliqonun tikintisi ilə bərk məişət tullantılarını idarəetmə sisteminin təkmilləşdirilməsinin başa çatdırılmasına yönəlmiş növbəti layihəyə yol açacaq”, - deyə məlumatda qeyd olunur.
Layihə Gəncə şəhərinin AYİB-in “Yaşıl şəhərlər” proqramında iştirakının bir hissəsidir və “Yaşıl şəhər” Fəaliyyət Planının (GCAP) hazırlanmasının əsasını qoyacaq.
Layihənin həyata keçirilməsi üçün kreditin ayrılması AYİB-in Direktorlar Şurası tərəfindən 2022-ci il fevralın 8-də təsdiq edilib.
Borcalan qismində Maliyyə Nazirliyi çıxış edir, benefisiar isə “Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyidir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 180 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avroya yaxın vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 34 layihə daxildir və onların həyata keçirilməsinə 805 milyon avro ayrılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət