Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev mayın 20-21-də Finlandiya Respublikasında işgüzar səfərdə olub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Finlandiya xarici işlər naziri Pekka Haavisto, Finlandiya parlamentinin birinci vitse-spikeri Antti Rinne, Finlandiya Prezidentinin diplomatik müşaviri Petri Hakkarainen və Xarici İşlər Nazirliyinin dövlət katibi Matti Anttonen ilə görüşlər keçirilib.
“Görüşlər zamanı Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə həyata keçirilən bu səfərin və paytaxtlarda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin əhəmiyyəti yüksək qiymətləndirilib. Həmçinin ikitərəfli münasibətlərin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib, xüsusilə təhsil və iqtisadiyyat sahələrində mövcud olan potensial vurğulanıb, habelə Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər, regional və beynəlxalq mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Fin Beynəlxalq Məsələlər İnstitutu (FİİA) və Martti Axtisaari Sülh Fondunun rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri, eləcə də aktual beynəlxalq və regional məsələlər təhlil edilib, ölkəmizin mövqeyi həmsöhbətlərin diqqətinə çatdırılıb.
Səfər çərçivəsində Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə nazir müavini Fariz Rzayev və Finlandiya XİN-in dövlət katibinin müavini Nina Vaskunlahtinin iştirakı ilə Helsinkinin Musiikkitalo Sarayında İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət