Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycanda “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) tikintisi və istismara verilməsinə $35,7 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”a bankın nümayəndəsi məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il martın 15-də keçirilib.
“AİB-in Direktorlar Şurası Azərbaycanda GES-in tikintisinə kreditin ayrılmasını təsdiq edib ($35,7 milyon – İF)”, - bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda kredit sazişinin imzalanması üzərində iş gedir. “Krdit sazişinin iyul ayında imzalanması planlaşdırılır”, - o əlavə edib.
Xəbər verildiyi kimi, kredit üzrə borcalan qismində layihənin həyata keçirilməsi məqsədilə Azərbaycanda yaradılmış “Masdar Azerbaijan Energy Limited Liability Company” çıxış edəcək.
Layihənin dəyəri - $250 milyon təşkil edir.
230 MVt gücündə stansiyanın 2023-cü ilin sonunda işə salınması planlaşdırılır.
Layihənin həyata keçirilməsi 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə, ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 200 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Bu layihə Azərbaycana istilik enerjisinin istehsalından asılılığı azaltmağa, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı hədəflərə çatmağa kömək edəcək.
Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sistemində bərpa olunan enerjinin müəyyən edilmiş gücünün xüsusi çəkisi 16,5%-dən 21,2%-ə çatacaq.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5,2 milyard məbləğində kredit ayırıb.**
E.Şəfiyev, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət