Fransa prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə prezident İlham Əliyevi təbrik edib.
“2022-ci il Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Ötən illər ərzində biz möhkəm ikitərəfli əlaqələr, siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq qurmağa nail olmuşuq. Ölkələrimizi birləşdirən əlaqələri daha da dərinləşdirməyi arzu edirəm”, - Azərbaycan prezidentinin saytında dərc olunan təbrik məktubunda deyilir.
Öz təbrikində Makron həmçinin Erməistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması prosesinə dəstəyini ifadə edib. “Bu fürsətdən istifadə edərək, Fransanın Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqlara və münasibətlərin normallaşmasına dair sarsılmaz sadiqliyini bir daha təsdiqləyirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə Ermənistan arasında istər xarici işlər nazirləri səviyyəsində birbaşa təmasların qurulması, istərsə də sərhəd məsələsi üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində son aylarda yaranmış və nəticələrini gördüyümüz müsbət dinamikanı dəstəkləyirəm. Etimad mühitinin yaradılması regionda sülhün qurulması üçün vacibdir”, - Fransa lideri vurğulayıb.
O cümlədən, Fransa prezidenti Ukrayna ətrafında böhran vəziyyətində Azərbaycanla siyasi dialoqu möhkəmləndirmək arzusunda olduğunu bildirib.
“Hücuma məruz qalan Ukraynaya və onun əziyyət çəkən xalqına Azərbaycanın humanitar sahədə göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm. Müharibənin qitəmizdə təhlükəsizliyi və sabitliyi ciddi şəkildə sarsıtdığı bir vaxtda arzu edirəm ki, bu gün xüsusi əhəmiyyət daşıyan siyasi dialoqumuzu daha da gücləndirək”, - Makron vurğulayıb. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət