Rəsmi Bakı strateji tərəfdaşı olan Roma ilə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycan dost İtaliya ilə çoxşaxəli tərəfdaşlığı xalqlarımızın rifahı naminə daha da genişləndirmək əzmindədir. Bu gün qarşılıqlı faydalı fəaliyyətimizin inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. Şübhəsiz, iqtisadiyyat, enerji və digər sahələrdəki mövcud potensialdan, xüsusilə qeyri-neft sektorundakı imkanlardan tam istifadə etməklə əməkdaşlığımızı yeni məzmunla zənginləşdirə bilərik”, - Əliyev cümə axşamı İtaliya Respublikasının milli bayramı münasibətilə prezident Sercio Mattarellaya ünvanladığı təbrikdə qeyd edib.
Əliyev Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib, iqtisadiyyat, ticarət və enerji sahələrindəki uğurlu işbirliyini və əldə olunan nailiyyətləri vurğulayıb.
“İnanıram ki, sağlam təməl üzərində qurulmuş ənənəvi dostluq əlaqələrimiz istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək”, - Əliyev bildirib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət