İyunun 3-də İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamenti arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan XİN-dən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamentinin dövlət katibinin müavini Anna İfkovits rəhbərlik edib.
“Danışıqlar zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər, Azərbaycanın Avropa dövlətləri ilə tərəfdaşlıq münasibətləri, iqtisadi və humanitar sahələr üzrə əlaqələr müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Görüş çərçivəsində X.Xələfov və A.İfkovits tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvləri ilə birlikdə yaşayan ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması haqqında Saziş” imzalanıb.
X.Xələfov, həmçinin İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamentinin dövlət katibinin digər müavini Yohannes Matyassi ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycan Respublikası ilə İsveçrənin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq perspektivləri, iqtisadi və konsulluq məsələləri, Cənubi Qafqaz və Şərqi Avropada baş verən prosesləri ətraflı müzakirə ediblər.
“Hər iki görüş zamanı İsveçrə şirkətlərinin Cənubi Qafqazda sülh prosesləri nəticəsində yarana biləcək yeni nəqliyyat və logistika infrastrukturunun formalaşdırılmasına, ilk növbədə, Azərbaycana, xüsusən də işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə cəlb edilməsi təklifi ətraflı müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət