2022-ci il martın 31-nə Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 461 milyon 482,9 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 9,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Bank hesablarında 456 milyon 13,4 min manat və ya aktivlərin 31,2%-i (artım 12,6%), uzunmüddətli maliyyə aktivlərində 449 milyon 475 min manat (artım 10,3%), debitor borclarında 145 milyon 743,6 min manat (artım 8,9%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2022-ci il aprelin əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 381 milyon 49,9 min manat (azalma 1,6%) təşkil edib.
1 yanvar 2022-ci il tarixinə sektorun sığorta ehtiyatları 833 milyon 890,8 min manat (artım 11,3%), ümumi bölüşdürülməmiş mənfəəti 119 milyon 350,9 min manat (artım 49%) təşkil edib.
2022-ci il aprelin 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir - İF), 20-si sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-si isə broker şirkətidir.
2022-ci il aprelin 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1720,3 manat təşkil edib, bu isə 2021-ci ilin birinci rübünə olan göstəricidən 10,4% çoxdur.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət