Azərbaycan hökuməti Qubadlı rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) tütün emalı üzrə müəssisə yaradılmasında investorlara köməklik etməyə hazırdır.
“Dövlət strukturları tərəfindən Qubadlı rayonu ərazisində 1192 kvadratmetr sahədə tütün emalı üzrə yerli xammaldan istifadəni və mövcud imkanların genişləndirilməsini nəzərdə tutan müvafiq layihə hazırlanıb. Layihə təqribən 1 milyon manat dəyərində (cari məzənnə ilə $588 min) qiymətləndirilir”, - “İnterfaks-Azərbaycan”a hökumətdəki mənbə bildirib.
Onun məlumatına görə, 1 ton quru tütünün istehsalı üçün elektrik enerjisi sərfiyyatı 135 kVt/saat, qaz sərfiyyatı – 125 kubmetr təşkil edəcək.
“Hesablamalara əsasən, 6,7 ton yaş ütündən 1 ton quru tütün alınır. Dövlət layihənin icrası üçün Qubadlı rayonunda mövcud emal müəssisəsinin özəlləşdirilməsi üçün imkanlar yaratmağa, investora güzəştli kredit təqdim etməyə və investisiyaların təşviqinə dair sənəd verməyə hazırdır”, - mənbə qeyd edib.
Hökumətin qiymətləndirmələrinə görə, layihınin əsas üstünlükləri: tütün qurudulması üzrə müəssisənin olması, quru tütün istehsalı üçün iqlim və coğrafi şəraitin uyğunluğu, yüksək ixrac imkanlarıdır.
Bütövlükdə, hazırda Azərbaycanda 10-dan çox siqaret və fermentləşdirilmiş tütünistehsalı üzrə müəssisə fəaliyyət göstərir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət