Azərbaycan hökuməti Ağdam rayonunda (Qarabağ iqtisadi rayonu - İF) dəri istehsalı və emalı üzrə müəssisənin tikintisində sahibkarlara köməklik etməyə hazırdır. Layihəyə investisiyalar 3 milyon manat həcmində qiymətləndirilir.
“Dövlət strukturları tərəfindən Ağdam Sənaye Parkının ərazisində dəri istehsalı və emalının təşkili üzrə layihə hazırlanıb. Layihə təqribən 3 milyon manat həcmində (cari məzənnə ilə $1,8 milyon – İF) qiymətləndirilir. Layihənin icrası üçün investorun cəlb edilməsi planlaşdırılır. İnvestora güzəştli kreditin ayrılması, gömrük və vergi güzəştlərinin tətbiqi və emal olunmamış dəri ixracına qadağanın tətbiqi kimi dövlət dəstəyi göstəriləcək”, - “İnterfaks-Azərbaycan”a hökumətdəki mənbə məlumat verib.
Mənbənin məlumatına əsasən, 21 kubmetr dərinin istehsalı üçün elektrik enerjisi sərfiyyatı 9,3 kVt/saat, su sərfiyyatı – 0,25 kubmetr, qaz sərfiyyatı – 1,6 kubmetr təşkil edəcək.
“Müəssisənin xammal ilə təminatı üçün gələcəkdə Kəlbəcər və Laçın rayonlarında yaradılacaq heyvandarlıq komplekslərinin imkanlarından istifadə etmək planlaşdırılır. İribuynuzlu heyvanın 1 kq dərisinin qiyməti – 0,5 manatdır. 5-6 kq heyvan dərisindən 1 kvadratmetr dəri alınır. Kiçikbuynuzlu heyvan kateqoriyasından bir heyvanın dərisinin qiyməti 1 manatdır. İki bu cür heyvanın dərisindən 1 kvadratmetr dəri alınır”, - mənbə bildirib.
Layihənin aşağıdakı üstünlükləri var: daxili bazarda son istehlak mallarına geniş tələbatın olması (ayaqqabı, gödəkçə və s.), ölkədə son istehlak malları istehsalçı sayının az olması və dəri üçün ixrac potensialının yüksək səviyyədə olması.
Hazırda Azərbaycanda dəri və dəri məmulatları istehsalı üzrə 29 müəssisə fəaliyyət göstərir. Gön v dəri istehsalı üzeə müəssisələrin ümumi istehsal gücü 1320 kvadratmetr, ayaqqabı istehsalı üzrə - 1136 min cüt təşkil edir.
Prezident İlham Əliyev 2021-ci il mayın 28-də “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır. Parkın 9 rezidenti tərəfindən layihələrə investisiya qoyuluşu 55 milyon manatı ötür.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət