Əgər Ermənistan qondarma Dağlıq Qarabağın statusu ilə bağlı təkid etməyə davam edərsə, bu, sülh prosesinə xələl gətirəcək. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Qarabağ Azərbaycan torpağıdır və bu, beynəlxalq səviyyədə qəbul olunub, BMT TŞ və digər beynəlxalq institutlar tərəfindən təsdiqlənib. Azərbaycanda yaşayan ermənilərin hüquqlarına gəldikdə, bu məsələ Azərbaycan Konstitusiyası çərçivəsində öz həllini tapmalıdır”, - deyə F.Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Əl Cəzirə” telekanalına müsahibəsində Qarabağ məsələsinin bölgədə sülh üçün başlıca məsələ olması ilə bağlı fikrini şərh edərkən bildirib.
O vurğulayıb ki, indiki mərhələdə Ermənistandakı daxili proseslər və xaricdən olan bir sıra aktorlar sülh prosesini ölü nöqtəyə doğru aparır.
İdarə Heyətinin sədri qeyd edib ki, delimitasiya prosesinin əsasını qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyə hörmət təşkil edir.
“Hər iki tərəf sərhədlərin delimitasiyasının texniki tərəfləri barədə müzakirələr aparmağa müvəffəq olsalar da, delimitasiya razılaşmasının əsasını qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyə hörmət təşkil edir. Bu prinsipə riayət olunmadan delimitasiyanı uğurla həyata keçirmək mümkün olmayacaq”, - deyə F.Şəfiyev bildirib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət