2021-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Moskvadakı “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin icarəyə verilməsindən 152 milyon 790,036 min rubl (təxminən $2,08 milyon) gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ildə Fond “Qalereya Aktyor” mərkəzinin icarəyə verilməsindən 55 milyon 511,972 min rubl gəlir əldə edib. Beləliklə, 2021-ci ildə mərkəzin icarəyə verilməsindən Fondun gəlirləri 2,8 dəfə artıb.
Hesabata əsasən, 2021-ci ilin sonuna “Qalereya Aktyor” mərkəzinin bazar dəyəri 2020-ci ilin sonuna olan 3 milyard 38,1 milyon rubla qarşı 3 milyard 159,5 milyon rubl ($43 milyona yaxn - İF) məbləğində qiymətləndirilir. «2021-ci ildə bu obyektin dəyərinin yenidən qiymətləndirilməsindən ARDNF-in gəliri 121,4 milyon rubl təşkil edib”, - Hesablama Palatasının Fondun 2021-ci il büdcəsinin icrasına dair rəyində qeyd olunur.
2012-ci ildə fond Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri $133 milyon olan “Qalereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir və Moskvanın tarixi mərkəzində yerləşir. Əmlak müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət