Böyük Britaniyanın BP şirkəti Azərbaycanla enerji səmərəliliyi sahəsində yeni əməkdaşlıq imkanları axtarır.
“BP-nin baş direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdədir. Bu, planlaşdırılmış səfərdir. Səfər çərçivəsində Luni bu gün səhər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Tərəflər BP-nin Xəzər regionunda əsas fəaliyyəti çərçivəsində həyata keçirilən neft-qaz layihələrini müzakirə ediblər”, - deyə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin məlumatında bildirilir.
Luni görüşdə BP-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu təsdiqləyib və Prezident Əliyevə görüləcək işlər və planlar haqqında məlumat verib.
“Şirkət rəhbəri, həmçinin BP-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlayıb”, - deyə məlumatda qeyd olunur.
Səfər zamanı Luni bir sıra digər görüşlər, o cümlədən “BP-Azerbaijan” şirkətinin əməkdaşları ilə də görüş keçirib.
“Görüşlər zamanı Luni “Şəfəq” (“Sunrise”) layihəsini həyata keçirmək, eləcə də neft və qaz əməliyyatlarının dekarbonizasiyasına nail olmaqla Azərbaycanın və BP-nin atmosferə emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq məqsədlərini dəstəkləyən digər imkanlar axtarmaq üçün birgə işləmək baxımından bir müddət öncə BP ilə Energetika Nazirliyi və BP ilə SOCAR arasında imzalanmış sazişlərin əhəmiyyətini xüsusi vurğulayıb”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2022-ci il iyunun 4-də Energetika Nazirliyi və BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci il iyun ayının 3-də bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Layihəyə investisiya qoyuluşu $200 milyon məbləğində qiymətləndirilir.
Bu sənəd “Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.
Bundan başqa, SOCAR, BP və BƏƏ-nin “Masdar” şirkəti arasında bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd Azərbaycanda bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.*
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət