Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər layihəsi sonuncu, III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, sənədə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 2 milyard 381,8 milyon manat və ya 8,9% artırılaraq 29 milyard 197,8 milyon manata çatdırılır.
Dövlət büdcəsinin xərcləri 2 milyard 424,8 milyon manat və ya 8,1% - 32 milyard 303,8 milyon manata qədər artırılıb.
Nəticədə dövlət büdcəsinin kəsiri 43 milyon manat - 3 milyard 106 milyon manata qədər və ya ÜDM-in 2,7%-i səviyyəsində (təsdiqlənmiş proqnozun -0,8%-i) artırılıb.
Dövlət büdcəsinə yenidən baxılması nəticəsində neft gəlirlərinin xüsusi çəkisi 15 milyard 537,5 milyon manat və ya bütün gəlirlərin 53,2%-ni, qeyri-neft gəlirləri 13 milyard 660,3 milyon manat (46,8%) təşkil edəcək.
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 740 milyon manat məbləğində (təsdiqlənmiş plan həcminin +33,1%-i) və ya dövlət büdcəsinin bütün gəlirlərinin 40,2%-i səviyyəsində, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 4 milyard 605 milyon manat məbləğində (+8,1%) və ya dövlət büdcəsinin bütün gəlirlərinin 15,8%-i səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri ətrafında yaranmış əlverişli vəziyyət nəzərə alınmaqla Azərbaycan hökuməti Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlərin həcminin bir qədər azaldılmasına qərar verib. Daha əvvəl 2022-ci il üçün transfertlərin həcmi 12 milyard 710 milyon manat məbləğində təsdiqlənmişdisə, dəyişikliklərə əsasən onların həcmi 9,4% - 11 milyard 517,5 milyon manata qədər və ya bütün büdcə gəlirlərinin 39,4%-i səviyyəsində azaldılıb.
Qalan gəlirlər sair daxilolmaların payına düşəcək.
Xərclərin strukturunda müdafiə və təhlükəsizlik xərclərinə əlavə 588,4 milyon manat, ölkədə layihələrin həyata keçirilməsi üçün dövlət əsaslı vəsait qoyuluşunun artırılmasına 1 mlyard 291,1 milyon manat, o cümlədən azad olunmuş ərazilərdə layihələrə əlavə 470 milyon manat yönəldiləcək. Daha 193 milyon manat isə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məqsədilə xərclərin artırılmasına yönəldiləcək.
Qalan xərclər digər maddələrin payına düşəcək.
2022-ci il dövlət büdcəsində neftin bir barelinin baza qiyməti $50-dən $70-dək artırılır.
Maliyyə naziri əlavə edib ki, yenidən baxılmış makroiqtisadi göstəricilərə əsasən, 2022-ci il üçün ÜDM-in nominal həcmi 115,4 milyard manat, o cümlədən qeyri-neft ÜDM-i 65,7 milyard manat, bir barel neftin orta illik ixrac qiyməti $85, orta illik inflyasiya 12,5% səviyyəsində proqnozlaşdırılır.
ÜDM-in hesablanması zaman istifadə olunan neftin ixrac qiyməti bir barel üçün $85 təşkil edəcək.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət