2022-ci ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 7 milyard 949 milyon 540,47 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
4 milyard 448 milyon 457,305 min manat (azalma 13,9%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 939 milyon 606,37 min manat (azalma 42,5%) olub. İlkin bazarda 656 milyon 140,772 min manatlıq, təkrar bazarda 283 milyon 465,598 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 508 milyon 850,934 min manat (azalma 0,7%) təşkil edib. İlkin bazarda 3 milyard 494 milyon 682,912 min manatlıq, təkrar bazarda 14 milyon 168,022 min manatlıq not yerləşdirilib.
I yarımillikdə BFB-nin ümumi dövriyyəsində 524 milyon 269,92 min manat (artım 2,6 dəfə) korporativ bazarın, o cümlədən 339 milyon 992,051 min manat ilkin bazarın, 184 milyon 277,869 min manat təkrar bazarın payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 234 milyon 389,976 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 278 milyon 882,843 min manat, səhmlərin yerləşdirilmə həcmi 10 milyon 997,103 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 2 milyard 976 milyon 813,245 min manat (artım 1,6%) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, iyunun sonuna birjanın kapitallaşması 4 milyard 127 milyon 977,855 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 5,5% azdır.
2021-ci ildə Bakı Fond Birjasının dövriyyəsi 18,6% - 15,3 milyard manata qədər artıb.*
X.Nəsirzadə
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət