“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2021-ci ilin yekunları üzrə səhmdarlara dividend ödənişinə 125 milyon manat (cari məzənnə ilə $73,5 milyon) yönəldəcək.
“30 iyun 2022-ci il tarixində ABB-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda ötən ilin mənfəətindən səhmdarlara 125 milyon manat (bir qiymətli kağız üçün 0,027 manat) dividendin ödənilməsinə qərar verilib”, - deyə bankın məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2021-ci ildə bankın xalis mənfəəti milli standartlar üzrə 208 milyon 779,64 min manat (2020-ci illə müqayisədə artım 61,4%), BMHS üzrə 139,592 milyon manat (azalma 22%) təşkil edib.
2020-ci ilin yekunları üzrə ABB səhmdarlara dividendin ödənilməsinə 127 milyon manat ($74,7 milyon) yönəldib. Bir qiymətli kağız üçün dividendin məbləği 0,028 manat təşkil edib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur. ABB-nin nizamnamə kapitalı 1 milyard 224 milyon 478,248 min manatdır və hər birinin nominal dəyəri 0,27 manat olan 4 milyard 597 milyon 360,178 min ədəd səhmə bölünüb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət