Azərbaycan və İran Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES-ləri ilə bağlı işlərin sürətləndirilməsini razılaşdırıb. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“İranın energetika naziri Əli Əkbər Mehrabian ilə geniş tərkibli görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları, SES-lər ilə bağlı işlərin sürətləndirilməsini və stansiyaların tezliklə yekunlaşdırılmasını razılaşdırdıq”, - deyə o, Twitter hesabında yazıb.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin icrasından irəli gələn məsələlər və atılacaq növbəti addımlar müzakirə edilib. Müzakirələr zamanı iki ölkənin energetika sahəsində əməkdaşlıq gündəliyində olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Daha əvvəl P.Şahbazov bildirmişdi ki, ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” hidroqovşaqlarının inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır.
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb. Hazırda “Xudafərin” hidroqovşağının tikinti dəyəri, dəymiş ziyanın (erməni işğalı nəticəsində - İF) həcminin hesablanması, həmçinin su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınıb quraşdırılması ilə bağlı müzakirələr davam etdirilir.
Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, bu layihələrin reallaşması təkcə Azərbaycana illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.
Prezident İlham Əliyev 2016-cı ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib. Sənəd ratifikasiya edilərək 1989-cu ildə həyata keçirilməsinə başlanılmış, lakin Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində reallaşdırılması dayandırılmış sazişin davamıdır.
Ümumi tutumu 1,6 milyard kubmetrdən çox olan bu hidroqovşaqlar və elektrik stansiyaları Azərbaycana və İrana Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə etməyə imkan verəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət