Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın İrəvanın yaxın gələcəkdə Azərbaycanla sülh ilə bağlı konkret danışıqlara ümid etməsi ilə əlaqədar bəyanatını şərh edib.
“Azərbaycan 30 ildir ki, Ermənistanın keçmiş və indiki rəhbrəliyindən konkret danışıqlar gözləyir”, - Ağacanov “İnterfaks-Azərbaycan”a Qriqoryanın bəyanatını şərh edərkən bildirib.
O əlavə edib ki, “səmimi olaq – hazırki çıxılmaz vəziyyət Ermənistan tərəfindən yaradılıb”.
“Sərhədlərin delimitasiyasi üzrə komissiya Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləri səviyyəsində ilk görüş keçirib, növbəti görüşlər Moskva və Brüsseldə keçirilməlidir. Bu, Bu, sərhəd məsələsinin irəli getdiyini deməyə əsas verir. Digər tərəfdən isə biz Ermənistan tərəfindən 2020-ci il noyabr ayının razılaşmasının bəzi bəndlərinin icrasının, həmçinin, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin uzadılmasını görürük”, - o qeyd edib.
O cümlədən, Ağacanov İrəvanın ATƏT-in Minsk qrupunu canlandırmaq cəhdi barədə fikrini bölüşüb. “Erməni siyasətçilərinin məntiqi hanı? Hazırki vəziyyətdə necə Rusiya, Fransa və ABŞ nümayəndələrini oturdub və nə isə həll etmək olar? İrəvanın yalnız bir, həm də real və düzgün çıxış yolu var – Bakı ilə danışıqları uzatmamaq, həmçinin Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaq”, - o bildirib.
Ağacanov əlavəedib ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə interqrasiyaya hazırlanmalıdırlar. “Qarabağ ermənilərinə gəlincə isə onlar başa düşməlidirlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya tədricən həyata keçiriləcək. Onlar bu prosesə hazırlaşmalıdırlar, 30 ildən artıq müddətdə onlara yaxşı heç nə gətirməyən, həmçinin onların normal gələcəyinə sual altına qoyan separatizmdən əl çəkməlidirlər. İnteqrasiya, ilk növbədə, Qarabağ ermənilərinə fayda gətirəcək”, - o deyib.
Ağacanovun rəyinə görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin necə formalaşacağına təsir edəcək daha bir vacib amil var – bu, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması amilidir. “Bu yaxınlarda Ermənitanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Ərdoğan arasında telefon danışığı olub. Bu, çox müsbət siqnaldır. Liderlər biri-birini dini bayramlar münasibətilə təbrik ediblər. Onlar həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin vacibliyini vurğulayıblar, onların fikrincə bu, bütün bölgədə sülh və sabitliyin möhkəmlənməsinə imkan yaradacaq”, - o vurğulayıb. **
İnformasiya şöbəsi
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət