BP şirkəti SWAP (Shallow Water Absheron Peninsula) layihəsi çərçivəsində bütün öhdəliklərini yerinə yetirib, lakin layihə çərçivəsində qazılmış üç kəşfiyyat quyusunda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmadığı üçün layihə bağlanacaq. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Bizim SWAP layihəsi üzrə müqavilə öhdəliklərimizə Abşeron yarımadasının dayazsulu hissəsində seysmik işlərin həyata keçirilməsi və üç kəşfiyyat quyusunun qazılması daxil idi. Biz bütün öhdəliklərimizi yerinə yetirdik, lakin qazılmış üç kəşfiyyat quyusunda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmadı. Layihə faktiki olaraq başa çatıb”, – deyə o, bu gün brifinqdə bildirib.
Vitse-prezident əlavə edib ki, layihənin hüquqi cəhətdən bağlanması üçün bəzi məsələlər həll olunmalıdır.
Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında imzalanmışdı.
Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, yataqların işlənməsi.
2016-cı ildə müqavilə sahəsində 3D seysmik tədqiqat proqramı həyata keçirilib. Proqramın nəticələrinə əsasən, üç perspektiv sahə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) ayrılıb. Bu sahələrdə suyun dərinliyi 40 metrə qədərdir.
2021-ci ilin avqust ayında Şimal Xali perspektiv sahəsində birinci, noyabr ayında ikinci, 2022-ci ilin aprel ayında isə üçüncü kəşfiyyat quyusunun qazılmasına başlanılıb.
Layihənin iştirakçıları BP (layihənin operatoru - 25%), “LUKOIL” (25%) və SOCAR-dır (50%).*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət