“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (BBDTL) QSC 2022-ci ilin I yarısında Avropa, Türkiyə və Mərkəzi Asiya arasında daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) dövriyyəsinı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,5% artırıb.
“Avropa, Türkiyə və Mərkəzi Asiya arasında Bakı Limanından keçməklə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin dövriyyəsində ciddi artım qeydə alınıb. Belə ki, ötən ilin ilk altı ayı ərzində Bakı Limanı vasitəsi ilə 18,075 min ədəd TIR daşınmışdısa, 2022-ci ilin ilk 6 ayında bu rəqəm 23,41 min ədəd olub ki, bu 29,5%-lik artım deməkdir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Bakı Limanına istinadən xəbər verir.
Ələt qəsəbəsində yerləşən Bakı Limanı yeni multimodal logistik mərkəzdə tam olaraq fəaliyyətə başladığı 2018-ci ildən etibarən TIR aşırılmasında da mütəmadi olaraq artım qeydə alınıb.
“2018-ci ildə Bakı Limanında bu rəqəm 21,401 min ədəd olduğu halda, 2021-ci ildə 84%-lik artımla 39,431 min ədəd olub. Müsbət tendensiyanın bu ilin sonunadək də davam edəcəyi proqnozlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir. Limanın aşırma gücü 15 milyon ton quru yük və 100 min konteyner təşkil edir.
BBDTL-nin yenilənmiş məlumatına görə, növbəti mərhələdə liman 25 milyon ton yük və 1 milyon TEU konteyner aşırma gücünə malik olacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət