BP şirkəti elan edib ki, “Mərkəzi Şərqi Azəri” (MŞA) layihəsi çərçivəsində iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə tikilməkdə olan MŞA üst tikililər blokunun üzərinə yerləşdirib.
“İki qazma modulu bunlardır: çəkisi 2350 ton, uzunluğu 43 metr, eni 20 metr və hündürlüyü 20 metr olan modullu qazmaya dəstək modulu və çəkisi 2400 ton, uzunluğu 32 metr, eni 22 metr, hündürlüyü 80 metr olan qazma avadanlığı dəsti”, - “BP-Azerbaijan” şirkətinin məlumatında deyilir.
BP-nin məlumatına görə, modullar Bibiheybətdəki istehsalat-quraşdırma sahəsində inşa edilib.
“MŞA layihəsi üzrə işlərin 75% tamamlanıb və hazırda ən yüksək həddədir. Bu işlərə Bakı, Avropa və Böyük Britaniyada 5 min nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”, - məlumatda deyilir.
“İki qazma qurğusunun MŞA üst tikililər göyərtəsinə qaldırılması və uğurlu inteqrasiyası bu layihənin tam başa çatdırılması istiqamətində nail olunmuş əlamətdar hadisədir”, - məlumatda BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kellinin sözlərindən sitat gətirilir.
“AÇG yatağından hasilatın səmərəli şəkildə idarə olunması istiqamətində göstərdiyimiz səylərə dəstək olacaq növbəti AÇG platforması - MŞA platformasının istismara verilməsi üzrə işlər plana uyğun irəliləməkdədir. 2017-ci ildə biz AÇG üzrə sazişi əsrin ortalarınadək uzatdıq və Azərbaycanın uzunmüddətli enerji tərəfdaşı olaraq AÇG əməliyyatlarını təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etdirmək öhdəliyimizə sadiqik”, - BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
Şirkət layihə çərçivəsində ilk neft hasilatına 2023-cü ilin sonuna kimi başlamağı nəzərdə tutur.Hazırda “Azəri-Çıraq-Günəşli” blokunda 6 hasilat platforması fəaliyyət göstərir. “Mərkəzi Şərqi Azəri” layihəsi AÇG blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir.
Bu layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır. 19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Mərkəzi Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
2021-ci ildə AÇG blokundan 167 milyon barelə yaxın neft (2020-ci illə müqayisədə azalma 4,6%) hasil edilib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət