Xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, “Azərbaycan- Türkiyə-Özbəkistan” yeni üçtərəfli format həm iqtisadi, həm də siyasi potensiala malikdir.
“Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq ümumi tarix, mədəniyyətə əsaslanır və möhkəm ikitərəfli əlaqələr və strateji tərəfdaşlıqla dəstəklənir. Biz inanırıq ki, yeni üçtərəfli format, ikitərəfli əlaqələrə əlavə olaraq ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin cəlb edilməsi ilə müvafiq sahələrdə birgə layihələri inkişaf etdirməyə və irəli sürməyə yardım edəcək. Həmçinin, regional və beynəlxalq məsələlər üzrə əməkdaşlıq planlaşdırılır”, - Bayramov çərşənbə axşamı Daşkənddə Azərbaycan, Özbəkistan və Türkiyə XİN başçıları üçün mətbuata birgə bəyanatında deyib.
Onun sözlərinə görə, format iştirakçıları özlərinin tranzit potensialını tam həmcdə istifadə etməlidirlər.
“Bu səhər qitisadiyyat, ticarət, sərmayələr və nəqliyyat sahələrində əməkdaşlıq potensialımızı tam həcmdə anlamaq məqsədilə birgə səylərimizi müzakirə etdik. Energetika, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarını öyrəndik. Azərbaycan, Türkiyə və Özbəkistanın tranzit potensialının daha rasional istifadə etməklə, beynəlxalq nəqliyyat dəhlzilərinin istifadəsi məsələsində gələcəkdə əməkdaşlığın möhkəmlənməsini müzakirə etdik. Bu mənada, Transxəzər Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyini vurğuladıq”, - nazir deyib.
Bayramov əlavə edib ki, üç ölkənin profil nazirlərinin qeyd olunan üçtərıfli görüçşün yekunlarına dair imzaladıqları Daşkənd Bəyannaməsi “xalqlarımız, ölkələrimiz və bütövlükdə region naminə gələcəkdə əməkdaşlıq sahələrinin genişlənməsinə birgə marağın bariz sübutudur”. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət