Azərbaycan Hotel Assosiasiyası (AHA) və "Accor" Qrupu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə “Accor”un mətbuat xidməti məlumat verir.
“Müqavilə inkişf edən turizm, biznes və investisiya bazarı qismində Azərbaycanın nüfuzunun möhkəmlənməsi üzərində birgə fəaliyyət üçün əməkdşlığı nəzərdə tutur”, - “Accor”un məlumatında deyilir.
“Accor New East Europe”un baş direktoru Aleksis Delaroff bəyan edib ki, Qrup AHA ilə əməkdaşlığın inkişfında maraqlıdır və Azərbaycanda mehmanxana biznesinin yeni standartlarının formalaşdrılması məqsədilə “Accor”un beynəlxalq ekspertiza ilə bölüşməyə hazırdır.
“Azərbaycan sonsuz turizm potensialına malikdir və dünyanın ən populyar kurortları ilə rəqabətə qadirdir. Ümid edirik ki, tanınmış brendlər altında daha çox sayda hotellərin meydana gəlməsi bu istiqamətin populyarlığının artımına imkan yaradacaq. Hazırda biz inkişafa dair planlar qururuq, Azərbaycanın dəniz, sağlamlıq və dağ-xizək kurortlarını, həmçinin Bakıda yeni layihələri nəzərdən keçiririk”, - məlumatda Delaroffun sözlərindən sitat gətirilir.
Məlumatda deyilir ki, Azərbaycanda “Accor”un portfoliosuna iki hotel daxildir: “Fairmont Baku” və 2021-ci ilin iyul ayında açılmış “ibis Baku City” ekonom sinif oteli.
“Yaxın zamanda “Accor” Azərbaycanda digər brendləri də təqdim etməyi planlaşdırır, çünki bu bazar Qrupun bu regionda inkişafı üçün əsas bazarlardan biridir”, - məlumatda vurğulanır.
"Accor" Qrupu 110 ölkədə 5300 mülkdən ibarət dünyanın aparıcı qonaqpərvərlik qrupudur. Onun qlobal portfeli lüks (məsələn, Fairmont, Raffles kimi), premium (Pullman, Swissôtel, Mövenpick, MGallery), orta səviyyəli (Novotel, Mercure) və ekonom (ibis ailəsi) hotel brendləri daxil olmaqla 40-dan çox hotel brendini əhatə edir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət