Ermənistanın Azərbaycana qarşı müxtəlif formalarda ərazi iddialarının təşviqi sülh proseslərini dalana dirəyəcək və gələcəkdə müharibəyə səbəb ola bilər. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bəyan edib.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsi üçün ilkin şərt Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən qeyd-şərtsiz tanınmasıdır.
“Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışında Azərbaycana qarşı separatçı iddialar irəli sürüb. Erməni baş nazirinin sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda “Dağlıq Qarabağ” anlayışı qeyd edilib. Bəyanat yalnız Rusiya sülhməramlılarının dislokasiyası zonasını müəyyən edib. Qarabağ – beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir. Əgər Ermənistan sülh istəyirsə, bunun üçün ilkin şərt Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən qeyd-şərtsiz tanınmasıdır”, - Şəfiyev Ermənistan baş nazirinin bəyanatını şərh edərkən bildirib.
Şəfiyevin sözlərinə görə, Moskva Rusiya sülhməramlılarının mandatını Bakı ilə razılaşdırmalıdır.
“Paşinyan bəyan edib ki, Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının mandatına dair ikitərəfli saziş imzalanıb. Rusiya mandatı Azərbaycanla razılaşdırmalıdır, lakin, əfsuslar olsun ki, bu məsələdə konstruktivlik göztərmir”, - o bəyan edib.
Mərkəzin sədri xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, daimi və qeyri-daimi erməni silahlı birləşmələrin Qarabağdan tam çıxarılması həyata keçirilməlidir.
O cümlədən, Şəfiyev bildirib ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun tikintisini qrafikdən əvvəl tamamlayıb, lakin İrəvan hər vəchlə bu prosesə əngəl olub.
“Laçın dəhlizinə gəlincə, ona alternativ yol 3 il müddətinə tikilməi idi. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yerinə yetirir. İndiyədək Ermənistan isə istənilən proseslərə mane olub. Demək olar ki, heç bir istiqamət üzrə konkret irəliləyiş əldə olunmayıb. Ermənistan prosesin qeyri-müəyyən müddətə uzadılması taktikasına əl atır və geosiyasi hadisələrin onun xeyrinə dəyişəcəyi zamanı gözləyir. Əvvəllər də analoji taktika tətbiq edilib, İkinci Qarabağ müharibəsindən öncə və müvəffəqiyətsiz olub”, - o bildirib.
Mərkəzin sədrinin sözlərinə görə, Ermənistan-Azərbaycan danışıqlarında istənilən irəliləyiş Azərbaycan tərəfinin təşəbbüsü hesabına və onun təzyiqi ilə əladə edilib.
Həmçinin, Şəfiyev qeyd edib ki, sülh prosesinin inkişafı üçün 4 əsas istiqamət vacibdir: qarşılıqlı ərazi bütövlüyünün tanınmasına (Azərbaycanın Qarabağ regionu da daxil olmaqla) əsaslanan Azərbaycanla Ermənistan arasında sülh müqaviəsi; Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası; nəqliyyat-kommunikasiya xəttlərinin açılması və iqtisadi interqrasiya, minatəmizləmə, itkin düşən şəxslərin,hərbi qulluqçuların axtarışı daxil olmaqla humanitar məsələlər, mədəni irs (həm Ermıənistanda, həm də Azərbaycanda), bu iki etnik qrup arasında barışıq, qaçqın və məcburi köçkünlərin qayıdışı və s.
Bundan əlavə, onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli bəyanatda əks olunan bəzi məsələlər həll olunmamış qalır. Bunlar, beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərindən daimi və qeyri-daimi erməni silahlı birləşmələrin çıxarılması; Azərbaycanın qərb regionu ilə Naxçıvan arasında dəhlizin, o cümlədən, yeni Laçın dəhlizinin açılması; Laçının və digər yaşayış məntəqələrinin Azərbaycanın nəzarəti altına qaytarılması.
Şəfiyev bir daha xatırladıb ki, Qarabağ erməniləri ilə əlaqədar vəziyyət Azərbaycanın daxili işidir: “Azərbaycan Konstitusiyasında təhkim edilmiş Qarabağ ermənilərinin hüquqi, iqtisdadi və digər sahələrdə hüquqlarının təminatı, onların Azərbaycan cəmiyyətinə inteqrasiyası Azərbaycanın daxili işidir”, - o vurğulayıb.
“Bütün bu proseslər qlobal və regional aktorların dəstəyi ilə Cənubi Qafqazda gələcək regional əməkdaşlıq çərçivəsində gücləndirilə bilər. (...) və (Ermənistan tərəfindən - İF) ərazi iddialarının müxtəlif formalarda təşviqi cəhdləri prosesləri dalana dirəyəcək və gələcəkdə müharibəyə gətirə bilər”, - Şəfiyev əlavə edib. **
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət