Əməkdaşlığı genişləndirmək və “yaşıl enerji” sahəsində yeni layihə təşəbbüslərini inkişaf etdirmək üçün bu ilin sentyabrında Azərbaycan və Özbəkistanın Energetika nazirlikləri arasında “Yol xəritəsi” imzalanacaq. Bunu Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev “vergiler.az” portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bundan başqa, Özbəkistanın kimya sənayesinin əsas layihələrində SOCAR-ın iştirak etməsi ilə bağlı razılıq əldə edilib.
“SOCAR-ın Özbəkistanın Nəvai rayonunda metanoldan propilen istehsalı layihəsində (investisiya dəyəri 1,3 milyard dollar), Qaraqalpaqıstan Respublikasının Kunqrad vilayətində PVC və kaustik soda istehsalı kompleksinin yaradılmasının ikinci və üçüncü mərhələlərində (investisiya dəyəri 1,28 milyard dollar), “Navoiazot” SC ilə sirkə turşusunun birgə istehsalının (investisiya dəyəri 120 milyon dollar) təşkilində iştirak etməsi nəzərdə tutulur. Sentyabr ayına kimi “Uzkimyosanoat” Səhmdar Cəmiyyəti layihə haqqında ətraflı məlumatları, o cümlədən maliyyə modeli və texniki-iqtisadi əsaslandırmanı təqdim edəcək”, - deyə H.Quliyev qeyd edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət