Azərbaycanda 16 avqust 2022-ci il tarixindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər qüvvəyə minib.
Mərkəzi Bankdan (AMB) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bu dəyişikliklər bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması, borcalanların potensial valyuta riskindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə yeni tələbləri nəzərdə tutur.
AMB qeyd edir ki, son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunmaqdadır. Cari ilin 6 ayında bankların istehlak krediti portfeli 14.9% artıb. Qeyd olunanlar nəzərə alınaraq, məsuliyyətli və sağlam kreditləşmənin təmin edilməsi, o cümlədən əhalinin izafi borclanmasının qarşısının alınması istiqamətində borcun gəlirlərə nisbəti (BGN) əmsalı 45%-dən yuxarı olan, lakin 70% həddini keçməyən borcalanlara verilmiş istehlak kreditlərinin risk qrupları 50% bəndi artırılıb. Təhlillər göstərir ki, istehlak kreditləri portfelinin 21%-ni BGN əmsalı 45-70% intervalında verilən kreditlər təşkil edir. Bundan əlavə, istehlak kreditləri üzrə yeni prudensial tələblərin faizlərə azaldıcı təsirinin təmin edilməsi məqsədilə faiz dərəcəsi sektorun orta faiz dərəcəsi ilə müqayisədə yüksək olan istehlak kreditlərinin nisbəti meyarı və risk qrupları sərtləşdirilib.
Son illərdə bankların biznes portfelində dedollarlaşma meylləri müşahidə olunmaqdadır. Bununla belə, təhlillər xarici valyutada gəliri olmayan biznes subyektlərinin xarici valyutada biznes kreditlərinə maraqlarının olduğunu göstərir. Borcalanların potensial valyuta riskindən qorunması istiqamətində valyuta riski hedcləşdirilməmiş borcalanlara (xarici valyutada gəliri olmayan və ya valyuta riskindən sığortalanmamış borcalanlar) xarici valyutada verilmiş biznes kreditlərinin risk qrupu 120%-dən 200%-ə qaldırılıb.
Qeyd olunanlardan əlavə, risk səviyyəsinin aşağı hesab olunduğu bir sıra istiqamətlər üzrə tənzimləmə yanaşmaları yumşaldılıb.
Tədbirlər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar –https://e-qanun.az/framework/51186*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət