Baş Prokurorluq Abşeron və Hacıqabul rayonlarının ərazisində qanunsuz qum hasilatı aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması faktları ilə bağlı araşdırmalar aparıb.
“Müəyyən olunub ki, Abşeron rayonu 1 nömrəli Hövsan Südçülük sovxozunun ərazisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tutulmaqla, həmçinin Hacıqabul rayonunda yerləşən “Qalmaz” adlı ərazidə dövlətə məxsus torpaq sahəsində on minlərlə kubmetr həcmində qumun qanunsuz hasilatı aparılıb. Ümumilikdə iki milyon manatdan çox ziyan dəyib”, - deyə Baş Prokurorluğun məlumatında bildirilir.
Faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 255.2-ci (255.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün daxili işlər orqanlarına göndərilib.*
E.Şəfiyev
Manat avro və rubla qarşı bahalaşıb, lirəyə qarşı ucuzlaşıb
ASCO-nun 2024-2026-cı illər üzrə investisiya fəaliyyəti müzakirə olunub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
“Azərsu” İsmayıllıda bir neçə kəndin su təchizatının yaxşılaşdırılması üçün podratçı seçir
İsrail 30 fələstinli məhbusu azad edib
İsrail Qəzzada hərbi əməliyyatları bərpa edir
ABŞ İsraillə HƏMAS arasında atəşkəsin uzadılması üzərində işləyir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AZAL Bakıdan Praqaya olan uçuşlara endirim etdi
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək