Azərbaycan prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda səfirləri iştirak etməyən ABŞ və Fransanın mövqeyini tənqid edərək, Vaşinqton və Parisin siyasəti ilə əlaqədar çaşqınlıq ifadə edib.
“Onların burada (Şuşada - İF) iştirak etməməsinin səbəbini biz başa düşə bilmirik. Gələ də bilərlər, gəlməyə də. Yəni ki, bundan sonra biz onları heç dəvət də etməyəcəyik. Amma onların gəlməməsi bir daha da Minsk qrupu çərçivəsində və Minsk qrupunun yenidən bərpası və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış etməsi onların 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirməsini bir daha göstərir”, - Hacıyev şənbə günü Şuşada jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur”.
“Əgər onlar özlərini Azərbaycana dost ölkə hesab edirlərsə, bilməlidirlər ki, Şuşa Azərbaycan xalqı üçün böyük bir dəyərdir. Şuşa Azərbaycan xalqının göz bəbəyidir. Onların bura gəlməməsi bir daha danışıqlar prosesində 30 illik dövrdə, hansı ki Azərbaycanın vaxtını aldı, hansı məqsədlərə qulluq etməsini və nələrdə maraqlı olduqlarını göstərir”, - Hacıyev belə hesab edir.
Azərbaycan prezidentinin köməkçisi “ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədrinin” (Filip Rikerin - İF) təyin edilməsini şərh edərkən ATƏT-in Minsk qrupunun reanimasiyası cəhdlərini “riyakarlıq” və “utancverici” adlandırıb.
“Minsk qrupunun həmsədrlik missiyasını yerinə yetirən dövlətlər beynəlxalq ictimaiyyət qarşısında müəyyən dərəcədə utanmalıdır. Çünki BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həmin dövlətlərə beynəlxalq ictimaiyyətinin mandatı verilmişdi ki, bu ədalətsizliyi aradan qaldırsınlar, işğal və təcavüzə son qoysunlar. Bir qarış Azərbaycan torpağı işğaldan azad olunmadı, bir Azərbaycan vətəndaşı öz torpağına qayıtmadı. 30 illik uğursuz fəaliyyətdən sonra kimisə Minsk qrupunun həmsədri təyin etmək yalnız utancverici bir addımdır. Bizim üçün artıq belə bir təsisat yoxdur. Minsk qrupu artıq tarixin bir hissəsidir”, - o qeyd edib. **
R.Əhmədov
Azərbaycan bankları bu gün valyuta hərracında $44,8 milyon cəlb edib
Nuriyev: “Pirallahı Sənaye Parkının I fazasının yaradılması başa çatıb”
“Embafinans” BOKT 1 milyon manatlıq istiqrazlar yerləşdirməyi planlaşdırır
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
İsrail HƏMAS-la danışıqlar aparmır
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Zəlzələ AZAL-ın uçuşlarının müntəzəmliyinə təsir etməyib
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək