2022-ci ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 176 milyon 689,6 min manat (cari məzənnə ilə $103,9 milyon - İF) gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın dəmir yolları ilə yük və sərnişin daşımalarından əldə olunan gəlirlər 24,7% artıb.
I yarımillikdə gəlirlərin strukturunda 174 milyon 948,3 min manat yükdaşımaların (artım 24,1%), o cümlədən 148 milyon 19,4 min manat (artım 19,9%) beynəlxalq istiqamətlər, 26 milyon 928,9 min manat (artım 53,7%) daxili istiqamətlər üzrə yükdaşımaların payına düşüb.
Beynəlxalq istiqamətlər üzrə yükdaşımalardan əldə olunan gəlirlərin strukturunda 72 milyon 188,3 min manat (artım 62,3%) tranzit daşımaların payına düşüb.
Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından 1 milyon 741,3 min manat məbləğində gəlir (artım 2,6 dəfə) əldə edilib və bütün həcm daxili istiqamətlər üzrə daşımaların payına düşüb.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-iyun aylarında dəmir yolları ilə 8 milyon 577,4 min ton yük (artım 18,7%) və 2 milyon 127,8 min nəfər sərnişin (artım 90,8%) daşınıb.
Hesabat dövründə tranzit yük daşımalarının həcmi 3 milyon 677 min ton (artım 47,3%) təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət