“ADY Container” MMC (“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi) ilk dəfə Orta Asiyadan göndərilən gübrəni Rumıniyanın Konstanta limanına çatdırıb.
“Mineral gübrə 24 konteynerdən ibarət blok qatar Özbəkistandan yola salınıb. Qatar Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra 40 futluq konteynerlər Xəzər dənizində fider daşımaları həyata keçirən “Mahmud Rəhimov” gəmisi vasitəsilə Ələt limanına gətirilib. Burada platformalara yüklənərək dəmiryolu ilə Gürcüstanın Batumi limanına, daha sonra isə “Rəsul Rza” fider gəmisi ilə Konstantaya çatdırılıb”, - “İnterfaks-Azərbaycan” agentliyi “ADY Container”ə istinadən məlumat verir.
Şirkətin məlumatına görə, “Rəsul Rza” fider gəmisi"ADY Container" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Qara dənizdə birgə layihəsidir və əsasən Çindən Avropaya və əks istiqamətdə yükdaşımalarda istifadə olunur.
“Bu xidmətə Orta Asiyadan gələn yüklərin cəlb edilməsi yeni geosiyasi vəziyyətdə ölkəmizin Çin-Avropa ilə yanaşı, Orta Asiya- Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunun artmasına, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrilməsinə xidmət edəcək”, - məlumatda qeyd olunur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət