Dünya Bankı (DB) iqtisadi islahatların Azərbaycanın yüksək gəlirli ölkələr sırasına daxil olmasına imkan verəcəyini gözləyir. Bunu DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde deyib.
Hazırda Azərbaycan orta gəlirli ölkələr sırasındadır.
“Azərbaycanın yüksək gəlirli ölkələr sırasına daxil olacağına şübhə etmirəm”, - deyə o, bu gün Bakıda Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunmuş “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, vitse-prezident qeyd edib ki, DB bu məqsədə nail olmaq üçün Azərbaycan hökuməti ilə işləməyə hazırdır. “Yaxın aylarda biz Azərbaycan üçün yeni əməkdaşlıq strategiyası üzərində işləməyə başlayacağıq. Bununla əlaqədar ölkənin 2030-cu ilə qədər milli prioritetlərini, həmçinin 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasını müzakirə edəcəyik”, - deyə o bildirib.
Byerde vurğulayıb ki, əməkdaşlıq dövründə DB infrastruktur, energetika, ekologiya, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatının inkişafı, ədliyyə sistemində islahatlar və s. sahələrdə 50-dən çox layihənin həyata keçirilməsi üçün Azərbaycana $4,5 milyard məbləğində vəsait ayırıb.
“Azərbaycan son 30 ildə yoxsulluq səviyyəsinin azaldılması istiqamətində böyük uğurlar əldə edib, uğurlu torpaq islahatı həyata keçirib. ( ... ) Bu gün Azərbaycanın milli prioritetləri əsas götürülməklə yeni layihələrin həyata keçirilməsinə ehtiyac var. Biz buna kömək etməyə hazırıq”,-deyə DB-nin vitse-prezidenti əlavə edib.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət