Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşdə Bakının Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində danışıqlara hazır olduğunu təsdiq edib.
Xarici İşlər Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov post münaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb.
Nazir sentyabrın 12-14-də Ermənistanın Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəsin də Ermənistan tərəfindən pozulması faktını və bununla əlavə itkilərə səbəb olduğunu vurğulayıb. Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib.
O, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycanın sülh müqaviləsi imzalanması təklifini irəli sürdüyünü və bu istiqamətdə ardıcıl təşəbbüslərlə çıxış etdiyini xatırladıb. Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib.
“Nazir Ceyhun Bayramov liderlər arasında üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun olaraq davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlarına hazırlığını bir daha diqqətə çatdırıb”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət