Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev sentyabrın 18-də erməni radikalların ölkənin Parisdəki səfirliyinə hücumundan sonra Bakının Fransaya beş tələbini səsləndirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Mustafayev “Twitter”dəki paylaşımında həmin beş tələbi qeyd edib: insidentin hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, vurulmuş ziyanın ödənilməsi və səfirliyin qarşısında 24/7 rejimində polis postunun təşkil edilməsi.
Xatırladaq ki, sentyabrın 18-də Fransadakı radikal erməni qrupları Azərbaycanın Parisdəki səfirliyinə basqın ediblər. Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Azərbaycan səfirliyinə törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros sentyabrın 20-də “Twitter”də rəsmi Parisin reaksiyası barədə paylaşım edib.
“Biz Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüf hissi keçiririk”, - deyə Fransa XİN-in bəyanatında qeyd olunur.
XİN-dən vurğulanıb ki, Fransa səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüblər. Belə hadisələrin bir daha baş verməməsi üçün ayıq-sayıqdırlar.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət