Erməni radikalların Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlarına görə cəzasızlıq mexanizmi yeni təxribatlara yol aça bilər. Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır və onu stimullaşdırır”, - deyə nazir “RealTV”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, BMT-yə daxil olan ölkələr Vyana Konvensiyasının üzvüdür və bu konvensiyaya əsasən beynəlxalq münasibətlərin təməl prinsiplərindən biri ondan ibarətdir ki, hər bir qəbul edən dövlət diplomatik missiyanın və diplomatların 100 faiz təhlükəsizliyini təmin etməlidir.
Bayramov qeyd edib ki, səfirliklərin təhlükəsizliyinin təmin edilməsi müəyyən mənada Azərbaycan dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə nə qədər məsuliyyətli yanaşmasının bariz nümunəsidir.
Nazir qəbul edən tərəflərin Azərbaycan səfirliklərinə hücumlara münasibətinin fərqli olduğunu diqqətə çatdırıb. “Elə ölkələr var ki, özləri qabaqlayıcı tədbirlər görür və ya Azərbaycan tərəfi onları məlumatlandırır və onlar operativ tədbirlər görürlər və təxribatların qarşısını alırlar. Bəzi hallarda isə, yumşaq desək, qəbul edən tərəfin reaksiyası və addımları buna adekvat deyil. Belə olan halda Azərbaycan diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq tələblərlə qəbul edən tərəfə müraciət edir”, - deyə o qeyd edib.
XİN başçısı bu cür insidentlərin araşdırılmasının və günahkarların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.*
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət