“Accor” qrupu yaxın illərdə Azərbaycanda yeni otel brendlərinin açılması istiqamətində bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır. Bu barədə “Accor New East Europe”un baş direktoru Aleksis Delaroff məlumat verib.
“Hazırda Azərbaycandakı portfoliomuza iki otel daxildir: məşhur “Alov qüllələri” kompleksində yerləşən möhtəşəm “Fairmont Baku” və 2021-ci ilin yayında açılmış ekonom sinifli “ibis Baku City” oteli. Yaxın vaxtlarda biz Azərbaycanda digər otel brendlərini də təmsil etməyi planlaşdırırıq, belə ki, bu bazar bu regionda qrupun inkişafı üçün əsas bazarlardan biridir”, - deyə Delaroff “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Accor Azərbaycanda fəaliyyətlə bağlı müxtəlif istiqamətləri nəzərdən keçirir. “Hazırda biz Azərbaycanın dəniz, sağlamlaşdırma və dağ-xizək kurortlarını, eləcə də Bakıda yeni layihələri nəzərdən keçirərək inkişaf planları qururuq. “Accor” kurort otellərinin sayına görə dünya liderlərinin ilk üçlüyündə yer alır, brendlərimiz bütün dünyada məşhurdur və bizim Azərbaycanın mehmanxana bazarına təklif edəcəyimiz layihələr var”, - deyə o qeyd edib.
Delaroff əlavə edib ki, qrup 2023-cü ildə Azərbaycanda biznesin tam bərpasına ümid edir. “Pandemiya dövründə biz planlaşdırılmış layihələr üzərində işləməyə davam etdik və 2021-ci ilin yayında yeni “ibis Baku City” otelini açdıq. Bu otel “ibis” şəbəkəsinin “Agora” yeni dizayn konsepsiyasına malik olan ilk otellərindən biri oldu. İndi vəziyyət sürətlə yaxşılaşmağa doğru gedir və hesab edirik ki, 2023-cü il şirkətimizin “COVID-19” böhranı zamanı apardığı təhlilə uyğun olaraq biznesin tam bərpa olunacağı il olacaq”, - deyə o bildirib.
Aleksis Delaroffla müsahibənin tam mətni bu gün saat 11:00-da www.interfax.azsaytında dərc olunacaq.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət