Azərbaycan Almaniyada Ələt Azad İqtisadi Zonasında yaradılan imkanların təqdimatını keçirib.
Azərbaycanın Berlindəki səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov sentyabrın 26-29-da Almaniyada səfərdə olub. Səfər çərçivəsində Almaniyanın bir sıra şirkətlərinin, o cümlədən “SAP” və “Siemens Mobility” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib.
Həmçinin Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasında, səfirliyin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində və “MÜSİAD Berlin”də (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Ələt Azad İqtisadi Zonasının imkanlarının təqdimatı keçirilib.
Təqdimat və görüşlərdə Ələt Azad İqtisadi Zonasının imkanları, təqdim edilən şərait, fiskal və qeyri-fiskal imtiyazlar, logistika və nəqliyyat infrastrukturu və s. haqqında hərtərəfli məlumat verilib.
Valeh Ələsgərov Almaniya şirkətlərini Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Prezident İlham Əliyev 2021-ci il iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 910 hektardır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət