Prezident İlham Əliyev hesab edir ki,Moldova ilə yaxşı siyasi münasibətlər fonunda digər sektorlarda imkanlar da araşdırılmalıdır.
“Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq. İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var”, - deyə dövlət başçısı oktyabrın 10-da ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşdə bildirib.
Prezident vurğulayıb ki, hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir. “Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq. Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görüləcəyini də müzakirə edəcəyik”, - deyə o əlavə edib.
Öz növbəsində, N.Qavrilitsa qeyd edib ki, son zamanlar iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələr çox sıx olub və təkmilləşib. “Lakin onların potensialı daha böyükdür. Buna görə mən nəinki baş nazir və müvafiq nazirlərlə, eləcə də işgüzar dairələrlə görüşməyi səmimiyyətlə arzulayıram”, - deyə o bildirib.
Baş nazirin sözlərinə görə, son on ildə ilk dəfədir ki, Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək. "Əminəm ki, enerji, iqtisadi, ticari və sosial sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün bizim çox məhsuldar müzakirələrimiz olacaq”, - deyə N.Qavrilitsa vurğulayıb.
O, Prezident Sandunun Moldovaya səfər dəvətini İ.Əliyevə çatdırıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət