Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində 3-5 mərtəbəli 15 yaşayış binasının tikintisinə 40 milyon 586 min 212,65 manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, “ARCHİCO” MMC ilə iki müqavilə bağlanıb.
Birinci müqavilə Şuşa şəhərinin Cənub yaşayış zonasında 3-5 mərtəbəli 8 binanın (avtodayanacaqlarla birgə) və mühəndis qurğularının tikintisini nəzərdə tutur. Müqavilənin dəyəri 19 milyon 733 min 422,83 manatdır.
İkinci müqavilə şəhərin Cənub yaşayış zonasında 3-5 mərtəbəli 7 binanın (avtodayanacaqlarla birgə) tikintisi və abadlıq işlərinin satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 20 milyon 852 min 789,82 manatdır.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, ümumilikdə 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib.
Daha əvvəl Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirmişdi ki, Şuşada inşa olunan yaşayış kompleksi 23 binadan ibarət olacaq, burada ümumilikdə 450 mənzil olacaq. Tikintinin ümumi sahəsi 8 hektardır. Yaşayış kompleksində birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir.
Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.
İlk 8 binanın inşası “CONCO” QSC tərəfindən həyata keçirilir. Şirkətlə bağlanmış müqavilənin dəyəri 14 milyon 687 min 500,06 manatdır.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət