Qırğızıstan Bakı ilə əlaqələri intensivləşdirməyə hazırdır. Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.
“Biz dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq”, - deyə Japarov oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bişkek Bakı ilə dövlətlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanı etibarlı dost və tərəfdaş hesab edir.
“Biz siyasi dialoqun möhkəmlənməsinə, daha sıx iqtisadi əlaqələrin qurulmasına, o cümlədən nəhəng investisiya layihələrinin birgə reallaşdırılmasına, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə mədəni-humanitar əməkdaşlığın gələcək inkişafına hədəflənmişik”, - deyə S.Japarov qeyd edib.
O vurğulayıb ki, çərşənbə axşamı keçirilən görüş zamanı dövlət başçıları Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçiriblər. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoru və fəaliyyət mexanizminə çevrilməlidir.
Qırğızıstan Prezidenti əlavə edib ki, tərəflər arasında əmtəə dövriyyəsinin artırılmasının vacibliyi anlayışı var. Onun indiki səviyyəsi hələ ki, potensialdan uzaqdır.
“Azərbaycanın biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açığıq. Biz investorların qorunmasına zəmanət veririk və ən əlverişli şəraiti təqdim etməyə hazırıq”, - deyə Japarov bildirib.
İ.Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gəlib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət