Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2022-ci ilin yanvar-sentyabr aylarında 43,081 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11,2% azdır. Bu barədə şirkətin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən Azərbaycanda 31,993 min unsiya qızıl (azalma 13,8%), 1,892 min ton mis (azalma 0,7%), 144,562 min unsiya gümüş (artım 24,8%) hasil edilib.
Hesabat dövründə Gədəbəy yatağından 29,573 min unsiya qızıl (azalma 7%), 22,143 min unsiya gümüş (artım 35,8%) hasil edilib.
Yanvar-sentyabr aylarında dünya bazarlarında 21,273 min unsiya qızıl külçə (azalma 19,5%) satılıb.
Bu dövrdə şirkət 10,215 min ton mis konsentratı (artım 12,1%) hasil edib. Bu həcmin $14,573 milyon məbləğində (azalma 1,4%) 7,837 min tonu (artım 11,7%) dünya bazarlarında satılıb.
2022-ci il sentyabrın 30-na “Anglo Asian Mining”in sərbəst pul vəsaitlərinin həcmi $15,3 milyon (iyunun 30-na $21,1 milyon) təşkil edib. III rübdə şirkət 2021-ci il üzrə $4 milyon məbləğində dividend, $0,3 milyon mənfəət vergisi ödəyib, Kanadanın “Libero Copper & Gold Corporation” şirkətinin layihəsinə $0,8 milyon sərmayə yatırıb, “AzerGold” QSC-dən geoloji məlumatların əldə edilməsinə isə $1,2 milyon yönəldib.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət