“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yeni növ qızıl sikkə kolleksiyası satışa çıxarılıb. Yeni kolleksiya Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın 190 illiyinə həsr olunub. Qızıl məhsullarının üzərində şairənin həyat və yaradıcılığına dair elementlər təsvir edilib.
Belə ki, sikkənin mərkəzində Xurşidbanu Natəvanın külliyatını simvolizə edən açılmış kitab həm də şairənin məşhur “Qərənfil” rədifli qəzəlini təcəssüm etdirən gülün ləçəkləri dizayn edilib. Şairənin doğulduğu evin pəncərələri kompozisiyanın yuxarı hissəsində, tağların üzərindəki naxışlar müvafiq olaraq sikkənin yarımperimetri üzrə əks olunub. Gül naxışları isə sözügedən təsviri və bir hissəsi ədibin poeziyasını ifadə edən lələkdən formalaşmış “190” rəqəmini haşiyəyə almaqla kompozisiyanı tamamlayır. Sikkə nümunəsi şeir sənəti ilə yanaşı, rəssamlıq, tikmə sənəti, musiqi kimi incəsənətin digər sahələri ilə məşğul olmuş, şairəliyi ilə yanaşı, nəcib və xeyirxah əməlləri ilə tanınmış Xurşidbanu Natəvana xalqımızın verdiyi böyük mənəvi dəyəri ifadə edir.
Yeni məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk Satış və mübadilə mərkəzində və onlayn satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim edilir.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib. İstehsal edilmiş növbəti məhsul çeşidləri olan “Qarabağ inciləri” və “Şuşa” müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, işğaldan azad edilmiş Qarabağa həsr olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət