2022-ci ilin 9 ayı ərzində Azərbaycanda 11,515 min kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3%-i elektron qaydada, 28,7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2,12 mininin (ümumi qeydiyyatın 18,4%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.
Yanvar-sentyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,1%-i yerli investisiyalı, 23,9%-i xarici investisiyalı qurumlardır.
2022-ci il oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 388,382 min vergi ödəyicisinin 87,5%-i fiziki şəxslər, 12,5%-i hüquqi şəxslər və digər təşkilatlar olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,6%, o cümlədən fiziki şəxslərin sayı 6,3% (ümumi artımın 83,2%-i), hüquqi şəxslərin sayı isə 9,2% (ümumi artımın 16,8%-i) artıb.
2022-ci il oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,4%-i məhdud məsuliyyətli cəmiyyət, 1,4%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.
2022-ci ilin 9 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 16,9% artıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət