“OPEC+”un gündəlik neft hasilatının 2 milyon barrel azaldılmasına dair qəbul etdiyi son qərar hər hansı bir ölkənin fərdi marağından irəli gəlməyən konsensus əsasında qəbul olunub. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Son günlər “OPEC+”un noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barrel azaldılmasına dair qəbul etdiyi qərarının neft bazarında defisitə yol açacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, “OPEC plus” hər zaman olduğu kimi bu dəfə də neft bazarında sabitliyə dəstək məqsədilə belə bir qərar qəbul edib”, - Şahnazov “OPEC+” ölkələrinin 5 oktyabr tarixində qəbul etdiyi “Əməkdaşlıq Bəyannaməsi”ni şərh edərkən deyib.
Nazir qeyd edib ki, hazırda neft bazarında tələb-təklif tarazlığı çoxsaylı faktorların təsirləri ilə üzləşib.
“Proqnozlar neftə tələbatın azalacağını göstərir. Belə bir vəziyyətdə hasilata müdaxilə qərarı qaçılmazdır. “OPEC+” da məhz təcrübəsinə istinad edərək bazarda balansın qorunub saxlanması naminə belə bir addım atıb. Bu, hər hansı bir ölkənin fərdi marağından irəli gəlməyən konsensus əsasında qəbul edilmiş qərardır. “OPEC+”un bütün qərarları bazarda sabitliyə hesablanıb. İndiyə kimi mürəkkəb vəziyyətlərdə əldə edilmiş nəticələr və nailiyyətlər bunun inkaredilməz sübutudur”, - Energetika Nazirliyi Şahbazovun sözlərindən sitat gətirir.
“İnterfaks-Azərbyacan” məlumat verir ki, nazir vurğulayıb ki, “bu gün bazarın balanslaşması və sabitliyi üçün başlıca təhdid idarə olunan ixtisarlar deyil, idarə edilməsi mümkün olmayan, yəni hasilatda təbii azalmalardır”.
“Hesab edirəm ki, bu gün “OPEC plus”un elan etdiyi ixtisar həcmlərinə görə deyil, təbii olaraq hasilatın azalma tendensiyasına görə narahat olmaq lazımdır.“OPEC+” un son qərarı gözlənilən mənfi əhval-ruhiyyəni kompensasiya etməklə investisiya axınının cəlbinə də hədəflənib ki, bu da irəlidə neft çatışmazlığı və qiymət volatilliyinin qarşısını almaq üçün mühüm addımdır” – o əlavə edib.
Şahbazov qeyd edib ki, “OPEC+” tənzimləmə aləti sayəsində digər enerji bazarları ilə müqayisədə neft bazarı daimi dəstəklə təmin olunub. “Bu formatda əməkdaşlıq neft bazarının davamlı balanslaşdırılmasının uzunmüddətli qarantıdır”, - nazir əlavə edib.
Xəbər verildiyi kimi, OPEC+ sazişinə üzv ölkələr cari ilin noyabr ayından etibarən neft hasilatını 2022-ci ilin avqust ayının səviyyəsindən gündəlik 2 miyon barrel azalmasına dair qərar qəbul ediblər və sazişin müddətini 2023-cü il dekabrın 31-dək uzadıblar.
ABŞ bəyan edib ki, bu addıma “ehtiyac yox idi”. Öz növbəsində, Səudiyyə Ərəbistanı Krallığı dünya enerji təhlükəsizliyinə potensial təhdid edə biləcək RF ilə razılaşma ehtimallarını qəti şəkildə rədd edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət