Azərbaycanla Polşa arasında siyasi münasibətlər yaxşı səviyyədədir və dinamik inkişaf edir, lakin iqtisadi münasibətlər haqqında bunu demək olmaz. Bu sözləri Polşanın İqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Ticarət Departamentinin İkitərəfli əməkdaşlıq şöbəsinin müdiri Matsey Falkovski deyib.
“Ölkələrimiz arasında münasibətlər (siyasi – İF) yaxşı səviyyədədir və inkişaf edir, iqtisadi əlaqələr haqqında isə bunu demək olmaz. Münasibətlərimizin iqtisadi tərkib hissəsini də inkişaf etdirməyin vaxtı çatıb. Mövcud ticarət dövriyyəsi imkanlarımızı tam əks etdirmir”, - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, M.Falkovski vurğulayıb ki, Varşava-Bakı aviareysinin açılması və Qdansk limanı ilə Bakı Dəniz Limanı arasında əməkdaşlıq sazişinin imzalanması iqtisadi münasibətlərin inkişafı üçün yaxşı stimuldur.
O, həmçinin qeyd edib ki, Polşanın İnvestisiya və Ticarət Agentliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında Əməkdaşlıq haqqında Memorandum iqtisadi münasibətlərin inkişafına əlavə təkan verəcək.*
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət