İndiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına ixrac olunan Türkmənistan neftinin həcmi 32 milyon ton təşkil edib. Bu barədə SOCAR şirkətinin prezidenti Rövşən Nəcəf məlumat verib.
“Bugünədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan nefti dünya bazarlarına ixrac olunub”, - Nəcəf Aşqabad şəhərində kçeirilən27-ci "Türkmənistanın nefti və qazı - 2022" beynəlxalq sərgi və konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu ölkələrimiz üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq baxımından yeni imkanlar açır.
Həmçinin, SOCAR-ın prezidenti Cənub Qaz Dəhlizinin Azərbaycanla yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir.
2021-ci ildə BTC ilə 26 milyon 421,5 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisindən 3,9% azdır.
2022-ci ilin 9 ayı ərzində BTC ilə 21 milyon 688,4 min ton neft (artım 10,8%) nəql edilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
21 yanvar 2021-ci ildə Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
2021-ci ilin fevral ayında Azərbaycan parlamenti memorandumu ratifikasiya edib. Cari ilin mart ayında Türkmənistan məclisi bu sənədi ratifikasiya edib.
Mütəxəssislərin rəyinə görə, “Dostluq”un ehtiyatları 60 milyon tona yaxın neft və 100 milyard kubmetr qaz həcmində qiymətləndirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət