Rusiyanın “Abrau-Dyurso” Şirkətlər Qrupu Azərbaycanın Şəki rayonunda “Şəki Şərab”MMC-nin şərab zavodunda şərab məhsullarının istehsalına başlayıb. Bu barədə RF-nin biznes ombudsmanı Boris Titov bəyan edib.
“2021-ci ilin dekabr ayında köhnə olan müəssisənin satın alınmasına dait tenderin qalibi olduq. 2022-ci ilin avqust ayında isə artıq məhsul istehsalına başladıq, həmçinin ixrac həyata keçiririk. Bütövlükdə, biz bunu çox sürətlə etdik (istehsala başlamaq - İF)”, - Titov cümə axşamı Bakıda XV Verona Avrasiya Forumunun panel sessiyasında bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, onun sözlərinə görə, Azərbaycanda əlverişli biznes mühit yaradılıb. “Əlbəttə, bu yurisdiksiyanı (Azərbaycanı - İF) seçmədən öncə vergi qanunvericiliyini, requlyativ normaları və s. təhlil etdik”, - Titov qeyd edib.
O bildirib ki, şirkət Azərbaycan İqtisadiyyat Nazirliyi ilə fəal əməkdaşlıq edir. “Ümumilikdə, Azərbaycanda tənzimləmə işləkdir, şirkətləri Azərbaycana sərmayə yatırmağa dəvət edirəm”, - Titov vurğulayıb.
Eyni zamanda, o, Azərbaycan hökumətinin diqqət yetirməli olduğu bir necə aspektləri qeyd edib. Xüsusilə, o, kiçik biznesin minimum tənzimlənməsi və maliyyə yükünün tətbiqini təklif edib. “Azərbaycanda kiçik biznesin stimullaşdırılması üçün çox işlər görülür, lakin tənzimləmə məsələsi üzərində işləmək lazımdır”, - Titov deyib.
O hesab edir ki, Azərbaycan hökuməti həmçinin şaxələndirilmə məsələlərinə daha çox diqqət ayırmalıdır, infrastruktura qoşmaqla (Kommunal inhisarçıları - İF) innovasiyaları fəal inkişaf etdirməlidir, həmçinin klasterlər və s. alətlər yaratmalıdır.
Titovun sözlərinə görə, Azərbaycanda şərabçılıq sahəsi sürətli inkişaf potensialına malikdir. “SSRİ dövründə Azərbaycanda şərabçılıq çox inkişaf etmişdi, üzüm bağları üçün əkin sahələri 225 min hektar təşkil edirdi, lakin indi belə həcmlər yoxdur. Buna baxmayaraq, Azərbaycanda şərabçılıq sahəsi sürətli inkişaf potensialına malikdir”, - o əlavə edib.
2021-ci ilin dekabr ayında “AzAbrau” MMC törəmə müəssisə qismində “Abrau-Dyurso” Şirkətlər Qrupu Şəki şəhərində yerləşən və illik istehsal gücü2,6 milyon şüşə şərab təşkil edən “Şəki Şərab”MMC-nin alışına dair investisiya müsabiqəsinin qalibi olub.
İnvestsiya müsabiqəsinə əsasən, “Abrau-Dyurso” ŞQ müəssisənin inkişafına 2,33 milyion avrodan çox vəsait yatıracaq.
Müəssisə 2008-ci ildə açılıb,burada müasir Avropa avadanlığı quraşdırılıb.
“Abrau-Dyurso” ŞQ müəssisədə elit, həmçinin şirin çağır növləri istehsal etməyi planlaşdırır. Yaxın perspektivə özünün üzüm baölarının salınması daxildir.
Şəkidə müəssisədə istehsal olunacaq şərablar “Abrau-Dyurso” ŞQ ilk növbədə Rusiyaya ixrac etməyi planlaşdırır. Bundan başqa, Azərbaycanın Türkiyə ilə preferensial ticarət sazişi hesabına bu ölkəyə tədarük imkanları açılır.
Əsası 2006-cı ildə qoyulmuş Şəki şərab zavodu Çələbixan qəsəbəsində yerləşir. Müəssisənin illik istehsal gücü 200 min dekalitr və ya 2,66 milyon şüşə şərab təşkil edir. Cəmiyyətin nizamnamə kapitalı 4,5 milyon manata bərabərdir. Müəssisədə 31 nəfər çalışır. MMC-nin dövlətə məxsus 86,64% payının satışı üzrə investisiya müsabiqəsi elan edilib.
İnvestisiya müsabiqəsinin şərtlərinə görə, iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi məbləği 4,2 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidirlər.
Müsabiqənin qalibi dövlət büdcəsinə 1,6 milyon manatdan az olmayan məbləğdə vəsait köçürməlidir.
“Abrau-Dyurso” Rus Şərab Evi - Rusiyada aparıcı köpüklənən şərabistehsalçısıdır. Şirkət həmçinin zərif şərablar, konyaklar istehsalı ilə məşğuldur, 2020-ci ilin payızında isə acı araq istehsalı ilə spirtli içkilər xəttini genişlənidirib. Qrup “Abrau-Dyurso”, “Loza”, “Vinodelnya Vedernikov” və s. çaxır zavodlarının kolleksiyalarını realizə edir. Məhsullar 20-dən çox ölkəyə ixrac olunur.
Şirkət biznes ombudsmanı Boris Titovun ailəsinə məxsusdur. Qrupun səhmləri Moskva birjasında dəyərləndirilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət