Azərbaycan hökuməti 2021-2022-ci illərdə işğaldan azad edilmiş ərazilərin bərpası üçün təqribən $3 milyard məbləğində vəsait ayırıb. Bunu baş nazir Əli Əsədov deyib.
“2021-2022-ci illərdə Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün təqribən $3 milyard məbləğində vəsait ayırıb, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması istiqamətində fəal iş aparılır. İşlərin miqyası və onların həyata keçirilmə müddəti bizim işğaldan azad edilmiş əraziləri bərpa etmək və inkişaf etdirmək əzmimizi əyani şəkildə nümayiş etdirir ki, bu da regionda münaqişədən sonrakı sabitliyə töhfə verir”, - deyə Ə.Əsədov oktyabrın 28-də Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, o bildirib ki, 44 günlük müharibənin başa çatmasından sonra regionda yaranan yeni reallıqlar iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın qurulmasına müsbət təsir göstərir.
“Qarabağ münaqişəsinə son qoyulması iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni imkanlar yaradıb ki, bu da Birlik ölkələri də daxil olmaqla iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək”, - deyə baş nazir qeyd edib.
Ə.Əsədov Azərbaycanın 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlara, o cümlədən regional nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli İşçi qrupun və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın işinə sadiqliyini bir daha təsdiqləyib.
O, Zəngəzur dəhlizinin açılmasından sonra rayonun cəlbediciliyinin xeyli yüksələcəyini, bunun tranzit imkanlarını bir neçə dəfə artıracağını və bütövlükdə investisiya mühitinin möhkəmlənməsinə xidmət edəcəyini diqqətə çatdırıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət