Ermənistanın quraşdırdığı mina sahələrinin miqyası, kütləviliyi, eləcə də yüksək və ölümcül partlayışın baş verməsi məqsədilə basdırdığı tələ-minaları mülki əhaliyə qarşı yönələn terrorun təzahürüdür. 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində baş verən hadisə zamanı 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu növbəti mina partlayışının qurbanı olub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir.
Belə ki, Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı mülki təyinatlı ərazilərin ətrafında 1 ədəd tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının, eləcə də 3 ədəd üst-üstə yerləşdirilən tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının yerləşdirilməsi faktları aşkar edilib.
Qeyd edək ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalardan ibarət üst-üstə qoyulan tələ-minalarının partlayışı nəticəsində nəinki insanın sağ qalma ethimalı, hətta texnikanın hər hansı bir hissəsinin yararlı halda qalması sıfıra bərabərdir.
ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar, yalnız təyin olunan marşrutlardan istifadə etsinlər. Rast gəldikləri naməlum əşyalara toxunmaq, zərbə yetirmək və ya müdaxilə etmək qəti qadağandır!
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət