Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov hesab edir ki, oktyabrın 31-də Soçidə keçirilən Azərbaycan, RF və Ermənistan liderlərinin sammiti İrəvanla münasibətlərin normallaşması üzrə danışıqlarda Bakının güclü mövqeyini təsdiq etdi.
“Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın görüşü baş tutub. Bu görüş İrəvanla münasibətlərin normallaşması ilə bağlı prinsipial mühüm məsələlərdə Bakının güclü mövqeyini təsdiq etdi”, - Ağacanov “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, sammitin yekunlarına dair qəbul olunan bəyanatın mətni bunu sübut edir, hansı ki, Azərbaycanın mövqeyinə tam uyğundur. “Xüsusilə, bəyanatda güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri yalnız BMT Nizamnaməsi və 1991-ci il tarixli Alma-Ata bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razılıq və bir sıra digər məqamlar öz əksini tapıb”, - Ağacanov deyib.
O vurğulayıb ki, indi Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə (noyabr - İF) görüşünün necə keçiriləcəyinə və bunun Bakı ilə İrəvanı sülh müqaviləsinin imzalanmasına nə dərəcədə yaxınlaşdıracağına diqqət yetirmək vacibdir.
Həmçinin, Ağacanov danışıqlra prosesi zamanı erməni baş nazirinin hərəkətlərini şərh edib. "Çox vaxt Ermənistanın baş nazirinin hərəkətlərini başa düşmək çətindir. Mən hətta hərəkət deyil, vurnuxmaq da deyərdim. Ya Paşinyan Fransadan, ya ABŞ-dan, ya Rusiyadan, ya da Irandan dəstək axtarır. Paşinyanın vurnuxmağı dayandırmağının vaxtı çatıb və yaxşı olardı ki, Ermənistanın baş naziri rəsmi Bakı ilə birbaşa danışıqlar aparsın", - o qeyd edib.
Həmçinin, Ağacanov bəyan edib ki, oktyabrın 30-da Xankıniddə keçirilən mitinqdə yalnız siyasi şüarlar səslənməyib. «Mənim məlumatıma görə, mitinq iştirakçıları Qarabağda qondarma yerli hakimiyyətə qarşı ciddi sosial və iqtisadi iddiaları olub», - o əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət